...

Azərbaycan və Almaniya arasında mətbuat sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 15 Dekabr 2011 14:36 (UTC +04:00)
Azərbaycan və Almaniya arasında mətbuat sahəsində mövcud durum və əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
Azərbaycan və Almaniya arasında mətbuat sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub (FOTO)

Aərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Almaniya arasında mətbuat sahəsində mövcud durum və əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Azərbaycan Mətbuat Şurasından cümə axşamı Trend-ə verilən məlumata görə, Şuranın sədri Əflatun Amaşov Azərbaycanda səfərdə olan Almaniyanın DAPD İnformasiya Agentliyinin direktoru Aleksandr Todosiyçukla görüşündə MŞ-nin başlıca fəaliyyət istiqamətləri barədə məlumat verib.

Amaşov Şuranın dünyanın bir sıra nüfuzlu media orqanları ilə əlaqələrinin mövcudluğunu qeyd edərək bunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv və qərəzsiz çatdırılmasında müstəsna önəm daşıdığını vurğulayıb.

"Bu baxımdan, Almaniya kimi klassik media ənənələri olan ölkənin nüfuzlu informasiya agentliyi ilə Azərbaycanın kütləvi informasiya vasitələrinin, eləcə də media təşkilatlarının əməkdaşlığı zəruridir. Düşünürəm ki, bu, həm də təcrübə mübadiləsinə, ölkənin media sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsində dəstək nöqteyi-nəzərdən də vacibdir", - o bildirib.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə söhbət açan Todosiyçuk Qafqazın, xüsusən də Azərbaycanın DAPD üçün informasiya baxımından mühüm bölgələr olduğunu vurğulayaraq gələcəkdə ölkəmizdəki media qurumları ilə əməkdaşlığın qurulmasına və möhkəmləndirilməsinə böyük maraq göstərdiklərini deyib.

Xəbər lenti

Xəbər lenti