Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir X.Murtuzayeva/
Harvard Universitetinin tədqiqatçıları vərəm xəstəliyinin bəzən nəyə görə antibiotiklərlə çətin müalicə olunduğunu öyrəniblər. Alimlər mikobakteriya hüceyrələrinin necə bölündüyünü və artdığını araşdırıblar. Onların fikrincə, görülən iş infeksiyanın yeni müalicə metodlarını hazırlamağa imkan verəcək. Trend-in məlumatına görə, bu barədə "Xinhua" xəbər verib.
Qeyd edək ki, hər il bir milyon yarımdan çox insan vərəmə yoluxur. Xəstəlik çətin müalicə olunur. Adətən pasiyentlərə 6-9 ay ərzində hər gün qəbul edilməsi lazım gələn antibiotiklərdən ibarət qarışıq vurulur. Lakin hətta belə bir müalicə kursundan sonra da bəzi yoluxmuş hüceyrələr orqanizmdə qalır.
Terapiyadan sonra hansı hüceyrələrin sağ qalmasını müəyyən etmək üçün alimlər xüsusi mikroflyuid kamerası hazırlayıblar və orada smeqmatis mikobakteriyasının (onlar özlərini vərəm mikobakteriyasının hüceyrələri kimi aparırlar) hüceyrələrini yetişdiriblər. Onlar hüceyrələrin artım prosesinin şəklini çəkməyə nail olublar.
Əvvəllər tədqiqatçılar smeqmatis mikobakteriyası hüceyrələrinin elə bu ölçüdə törəmə hüceyrələrə bölünməyə başladığını güman edirdilər. Məsələn, E. coli bakteriyaları belə edir. Əslində isə smeqmatis mikobakteriyanın törəmə hüceyrələri ölçülərinə və başqa xassələrinə görə bir-birindən kəskin fərqlənirlər. Müəyyən edilib ki, bu, smeqmatis mikobakteriyaları bir sondan dartılaraq qeyri-adi tərzdə artdıqlarına görə baş verir.
Analıq hüceyrə asimmetrik şəkildə bölünərkən bir-birindən kəskin fərqlənirlər. Deməli, onlar antibiotiklərə də başqa cür reaksiya verirlər. Bu nəzəriyyəni alimlər antibiotiklər və törəmə hüceyrələrlə aparılan eksperiment zamanı yoxlayıblar.
Aydın olub ki, oxşar olmayan törəmə hüceyrələr müalicəyə müxtəlif cür reaksiya veriblər. Deməli, hüceyrələrin populyasiyası daxilində antibiotiklərə tabe olmayan hüceyrələr var. Alimlər bu kəşfə əsaslanaraq, vərəmin müalicəsinə yanaşmanı dəyişərək uyğunlaşdırılmış müalicəyə keçməyi təklif edirlər.