Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir X.Murtuzayeva/
Yeni ilədək Ermənistan "Eurovision-2012" müsabiqəsində iştirakla bağlı qərar qəbul edəcək. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya"nın müxbiri ilə söhbətində "Eurovision" üzrə Ermənistan nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan bəyan edib.
Hazırda məsələ müzakirə olunur. Qərar Yeni ilədək mətbuat konfransında elan ediləcək.
Almaniyanın Drüsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri "Running Scared" mahnısını ifa edən azərbaycanlı müğənnilər Eldar Qasımov və Nigar Camal (El/Nikki) olublar.
2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinal mərhələləri mayın 22-də və 24-də, finalı isə mayın 26-da keçiriləcək.