Azərbaycan, Bakı, 20 dekabr / Trend müxbir M.Əliyev/
Hollivudun məhşur rejissoru Rupert Veynrayt "Bakı Olimpiya Oyunları-2020" xüsusi təbliğat çarxlarının çəkilişlərini aparır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə "Bakı Olimpiya Oyunları-2020" Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib.
"Onun rəhbərlik etdiyi şirkət çəkilişlə məşğul olur. Bakıda xüsusi təbliğat çarxlarının çəkilişləri aparılır", - Nurullayeva deyib. O qeyd edib ki, çəkilişlər şəhərin müxtəlif yerləri ilə yanaşı, regionlarda da aparılır.
Təşkilat Komitəsinin icraçı direktoru bildirib ki, təbliğat işinin təşkil olunması üçün yerli ekspertlərlə yanaşı, beynəlxalq ekspertlər də çalışır.
Hollivudun məhşur rejissoru Bakıda çəkilişlər aparır
Hollivudun məhşur rejissoru Bakıda çəkilişlər aparır
