...

Sabah Bakıda hava dəyişkən buludlu olacaq

Cəmiyyət Materials 30 Dekabr 2011 12:11 (UTC +04:00)
Sabah Bakıda hava dəyişkən buludlu olacaq.
Sabah Bakıda hava dəyişkən buludlu olacaq

Azərbaycan, Bakı, 30 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Sabah Bakıda hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında
hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə havanın tutulacağı gözlənilir.

Arabir güclənən cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı, Lənkəran-Astara bölgəsində isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti