...

Əlcəzair əsilli fransalı "erməni soyqırımı"nı inkar edənlərin cəzasını ödəmək üçün fond yaradıb

Cəmiyyət Materials 4 Yanvar 2012 14:02 (UTC +04:00)
Əlcəzair əsilli fransalı iş adamı Rəşid Nəkkaz Fransada qondarma "erməni soyqırımı" haqqında qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, qərara qarşı çıxanların cəzasını ödəmək üçün 1 milyon avroluq fond yaradıb.
Əlcəzair əsilli fransalı "erməni soyqırımı"nı inkar edənlərin cəzasını ödəmək üçün fond yaradıb

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Salmanov/

Əlcəzair əsilli fransalı iş adamı Rəşid Nəkkaz Fransada qondarma "erməni soyqırımı" haqqında qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, qərara qarşı çıxanların cəzasını ödəmək üçün 1 milyon avroluq fond yaradıb. Bu barədə çərşənbə günü Trend Türkiyənin "Hürriyet" qəzetinə istinadən məlumat verir.

Türkiyənin müsəlman ölkəsi olduğuna görə cəzalandırıldığını deyən Nəkkaz bildirib ki, bu səbəbdən mövcud qanun layihəsinin hədəfi İslam dinidir.

Məlumata əsasən, Nəkkaz daha əvvəl də Avropada hicab geyinən müsəlman qadınların cəzalarını ödəməyi təklif etmişdi.

40 yaşında olan fransalı qurduğu Rəşid Nəkkaz Partiyası ilə 2007-ci ildə ümumi seçkilərdə iştirak edərək 0,56 faiz səs toplamışdı. O, bu il Fransada keçiriləcək prezident seçkilərində iştirak etməyi planlaşdırdığını da bildirib.

Xəbər lenti

Xəbər lenti