Azərbaycan, Bakı, 5 yanvar / Trend müxbir İ.İsabalayeva/
ABŞ-ın Azərbaycandakıkeçmiş səfiri Metyu Brayzanın xanımı Zeyno Brayza (Baran) "İslam vətəndaşları: müsəlmanların Qərbə inteqrasiyasının gələcəyi" adlı kitabını Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edib.
Trend-in cümə axşamı AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Zeyno Baranın Emmet Tuohi ilə birlikdə ərsəyə gətirdiyi bu kitab 2011-ci ildə Nyu-Yorkun "Kontinium" nəşriyyatında çap olunub.
Kitabda müəllif din və dövlət arasındakı münasibətləri, Avropa və ABŞ-da islamçılığın yüksəlişi və inkişafını, islamçılığın bir çox islam ölkələrində siyasi-ideoloji islamçılığa keçməsini və s. məsələləri işıqlandırıb.