...

Trend Beynəlxalq İnformasiya Agentliyi "TÜRKSOY Basın Ödülü"nə layiq görülüb

Cəmiyyət Materials 7 Yanvar 2012 10:41 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi 2011-ci ildə türk dünyasının mədəniyyəti haqqında məlumatları geniş işıqlandırdığı üçün TÜRKSOY Baş Katibliyi tərəfindən “TÜRKSOY Basın Ödülü”nə layiq görülüb.
Trend Beynəlxalq İnformasiya Agentliyi "TÜRKSOY Basın Ödülü"nə layiq görülüb

Azərbaycan, Bakı, 7 yanvar / Trend müxbir İ.İsabalayeva/

Trend Beynəlxalq İnformasiya Agentliyi 2011-ci ildə türk dünyasının mədəniyyəti haqqında məlumatları geniş işıqlandırdığı üçün TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) Baş Katibliyi tərəfindən "TÜRKSOY Basın Ödülü"nə layiq görülüb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun Trend-ə ünvanladığı məlumatda bildirilir ki, ödülün təqdim olunma mərasimi yanvarın sonunda TÜRKSSOY-un Ankaradakı qərargahında keçiriləcək.

"TÜRKSOY Basın Ödülü" 2009-cu ildə TÜRKSOY Baş Katibliyi tərəfindən təsis edilib.

Ödülün təsis olunmasında məqsəd TÜRKSOY təşkilatının fəaliyyətini və türk dünyası mədəniyyətinin KİV vasitəsilə dünyada geniş təbliğ etmək və yayımlamaqdır.

Bu mükafat müxtəlif illərdə bir sıra üzv ölkələrin, o cümlədən Azərbaycanın mətbuat və televiziya nümayəndələrinə təqdim edilib.

TÜRKSOY türkdilli ölkələrin mədəniyyət nazirləri tərəfindən yaradılıb. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülüb. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib. Nəhayət, 12 iyul 1993-cü ildə Almatıda TÜRKSOY-un yaradılmasi haqqında türkdilli ölkələrin mədəniyyət nazirləri tərəfindən protokol imzalanıb.

TÜRKSOY-un əsas üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Qalan 8 üzvlər isə əsasən müşahidəçi qismində iştirak edirlər.

TÜRKSOY təşkilatının ev sahibi ölkəsi Türkiyə Cümhuriyyətidir. Rəsmi dili türk dili, idarə mərkəzi Ankarada yerləşir.

Xəbər lenti

Xəbər lenti