...

Ədliyyə Nazirliyi: Bələdiyyələr maliyyə imkanlarını artırmaq üçün yeni layihələr hazırlamalıdır

Cəmiyyət Materials 10 Yanvar 2012 12:17 (UTC +04:00)
Bələdiyyələrdə yaranan maliyyə problemləri onların büdcənin vaxtında formalaşması üçün maliyyə mənbələrindən düzgün istifadə etməmələri, əmlak, torpaq vergilərini toplaya bilməmələri ilə əlaqədardır.
Ədliyyə Nazirliyi: Bələdiyyələr maliyyə imkanlarını artırmaq üçün yeni layihələr hazırlamalıdır

Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bələdiyyələrdə yaranan maliyyə problemləri onların büdcənin vaxtında formalaşması üçün maliyyə mənbələrindən düzgün istifadə etməmələri, əmlak, torpaq vergilərini toplaya bilməmələri ilə əlaqədardır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib.

Mərkəz rəhbəri bildirib ki, bələdiyyələrdə olan maliyyə problemləri onların özlərindən asılı olan məsələdir.

Dövlətin mütəmadi olaraq bələdiyyələrə maliyyə yardımı etdiyini qeyd edən Səlimzadə deyib ki, bələdiyyələr öz büdcələrinin formalaşdırılması, maliyyə imkanlarının genişləndirilməsi istiqamətində yeni layihələr işləyib hazırlamalıdır.

"Bələdiyyələr bu işdə fəal olmalı, ərazilərinə uyğun olaraq müəyyən layihələr işləyib hazırlamalı, yerli və beynəlxalq təşkilatlara maliyyə ayrılması üçün müraciət etməlidirlər", - Səlimzadə bildirib.

Mərkəz rəhbəri qeyd edib ki, bələdiyyələr respublikanın daxilindəki investorların imkanlarından istifadə etməlidir.

Səlimzadə deyib ki, bələdiyyələrə ərazilərinin problemlərinin həlli məqsədilə layihələr hazırlamaq, həmin layihələrin maliyyələşdirilməsi üçün mənbələr axtarmaq səlahiyyətləri verilib.

"Onların imkanları var ki, layihələr işləsin, mənbələr axtarsınlar. O mənbələrdən əldə olunan gəlirləri düzgün olaraq əhalinin mənafeyinə, yerli ərazinin problemlərinə uyğun olaraq istifadə edə bilərlər", - Mərkəz rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti