...

Azərbaycanın regionlarındakı ali məktəblərdə pulsuz Wi-Fi fəaliyyət göstərəcək

Cəmiyyət Materials 12 Yanvar 2012 09:00 (UTC +04:00)
IREX beynəlxalq qeyri-kommersiya təşkilatı Azərbaycanın ali məktəblərində pulsuz Wi-Fi nöqtələrini genişləndirir. Bu barədə çərşənbə günü Trend-ə IREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli deyib.
Azərbaycanın regionlarındakı ali məktəblərdə pulsuz Wi-Fi fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir H.Vəliyev/

IREX beynəlxalq qeyri-kommersiya təşkilatı Azərbaycanın ali məktəblərində pulsuz Wi-Fi nöqtələrini genişləndirir. Bu barədə çərşənbə günü Trend-ə IREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli deyib.

Məmmədlinin sözlərinə görə, yaxın müddətdə pulsuz Wi-Fi nöqtəsi Sumqayıt Dövlət Universitetində işə salınacaq.

"Azərbaycanın ali məktəblərində pulsuz Wi-Fi nöqtələrinin işə salınması üzrə layihə ötən il start götürüb. Hazırda pulsuz simsiz zonaya çıxış imkanı Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Neft Akademiyasında işə salınıb. Wi-Fi zonaları daha geniş istifadəçi auditoriyası olan ali məktəblərdə işə salınır. Bu, əsasən universitet kampusları, kitabxanaları, kafeləri və digərləridir", - o bildirib.

Məmmədlinin sözlərinə görə, pulsuz internet çıxışı əvvəlcədən müəyyən edildiyi kimi əsasən, dövlət universitetlərində işə salınır. Perspektivdə pulsuz Wi-Fi zonalarının Gəncə və Lənkəran Dövlət universitetlərində işə salınması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti