...

Azərbaycan Mətbuat Şurası qəzetlərin yayımı ilə bağlı problemin həll olunmamasından təəssüflənir

Cəmiyyət Materials 12 Yanvar 2012 13:17 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası qəzetlərin əl yayımı və köşklərdə satışı ilə bağlı problemin həll olunmamasını təəssüflə qeyd edir.
Azərbaycan Mətbuat Şurası qəzetlərin yayımı ilə bağlı problemin həll olunmamasından təəssüflənir

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətbuat Şurası qəzetlərin əl yayımı və köşklərdə satışı ilə bağlı problemin həll olunmamasını təəssüflə qeyd edir.

Trend-in məlumatına görə, Mətbuat Şurasının cümə axşamı keçirilən ötən ilin yekunlarına dair iclasında Şuranın sədri Əflatun Amaşov bildirib ki, bu sahədə problem hələ həllini tapmayıb.

Onun sözlərinə görə, problemin həllinin iki yolu var. Bunlardan biri Bakı şəhər Səyyar Ticarət Şöbəsi ilə müqavilə bağlayıb lisenziya almaq, ya da "vahid pəncərə" sistemi yaratmaqdır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə çıxışında deyib ki, Bakı şəhər İcra Hakimiyyəti qəzetlərin əl yayımı və köşklərdə satışına mane olur. Bunun nəticəsində qəzet köşklərinin sayı azalıb, ya da onların yeri dəyişdirilib.

"Təəssüf ki, bu məsələni ötən il həll edə bilmədik", - Sadıqov deyib.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli isə çıxışında qəzetlərin yayımı ilə bağlı ayrı bir qurumun yaradılmasını təklif etdiklərini bildirib.

"Lakin bəzi qəzetlər bununla razılaşmadı", - Səfərli əlavə edib.

Qeyd edək ki, Mətbuat Şurası qəzetlərin satışı ilə bağlı yaranan problemin həlli üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti