...

Bakı Metropolitenində təhlükəsizlik necə qorunur?

Cəmiyyət Materials 13 Yanvar 2012 10:38 (UTC +04:00)
Bakı Metropolitenində təhlükəsizliyin təmini üçün mərkəzləşdirilmiş müşahidə sistemi yaradı
Bakı Metropolitenində təhlükəsizlik necə qorunur?

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Metropolitenində təhlükəsizliyin təmini üçün mərkəzləşdirilmiş müşahidə sistemi yaradılıb.

Trend-in məlumatına görə, metroda təhlükəsizliyin təmini üçün "Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramı"na əsasən bir sıra tədbirlər həyata keçirilib.

Proqram çərçivəsində stansiyalarda video müşahidə qurğularının əhatə dairəsinin keyfiyyəti artırılıb, daha müasir sistemlə təchiz edilib.

Yeni kameraların əsas xüsusiyyəti "zoom" effekti ilə (təsvirin miqyasını dəyişmək) üz tanıma qabiliyyətinin olmasıdır. Bu, metroya girən və çıxan şəxslərin üzünü yaddaşda saxlamağa imkan verir.

2011-ci ildə vaqonlara müşahidə kameraları quraşdırılıb.

Məlumata görə, bu kameralarla sərnişinlərin hərəkəti müşahidə olunur. Çəkilişlər sərnişin video-nəzarət sistemi vasitəsi ilə arxivləşdirilir.

Bundan başqa stansiyaların giriş və çıxışlarında yeni kameralar qurularaq mərkəzlə əlaqələndirilib. Bu kameralar gecə vaxtı, yağışlı və dumanlı hava şəraitində də müşahidə imkanları verir.

Təhlükəsizliyi təmin etmək məqsədilə Bakı Metropoliteninin bütün stansiyaları polis əməkdaşları tərəfindən mühafizə olunur.

Bütövlükdə metro polisi 24 saat xidmət aparır, metropolitendə iş başa çatdıqdan sonra gecə saatlarından başlayaraq, texniki personalın mühafizəsini təmin edir.

Xəbər lenti

Xəbər lenti