...

Bakıda 27 uşaq yol qəzalarının qurbanı olub

Cəmiyyət Materials 16 Yanvar 2012 10:07 (UTC +04:00)
Ötən il Bakıda qeydə alınan yol qəzalarında 27 uşaq dünyasını dəyişib.
Bakıda 27 uşaq yol qəzalarının qurbanı olub

Azərbaycan, Bakı, 16 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Ötən il Bakıda qeydə alınan yol qəzalarında 27 uşaq dünyasını dəyişib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, 2011-ci ildə paytaxt ərazisində uşaqlarla bağlı 88 yol nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 27 uşaq ölüb, 67-si xəsarət alıb.

Əsədov bildirib ki, ötən il 2010-cu illə müqayisədə uşaqlarla bağlı 11 hadisə, 17 xəsarət azalsa da, ölüm 5 fakt artıb.

Hadisələrin 18-də məktəbəqədər yaşlı 7 azyaşlı uşaq ölüb, 14-ü yaralanıb. 70 hadisədə isə 20 məktəbli ölüb, 53 nəfər xəsarət alıb.

Əsədov bildirib ki, valideynlər, müəllimlər, sürücülər və məktəblilər diqqətli olmalıdırlar. O, yolu keçərkən yol nişanlarının tələblərinə əməl edilməsini, yeraltı keçidlərdən istifadə olunmasını tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti