...

Maliyyə Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2012 17:25 (UTC +04:00)
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Maliyyə Nazirliyində şəhidlərin xatirəsini anma mərasimi keçirilib.
Maliyyə Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Maliyyə Nazirliyində şəhidlərin xatirəsini anma mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsindən və həmin günün tarixi əhəmiyyətindən danışaraq bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıblar. 1990-cı il yanvarın 20-də sovet ordusu əsgərlərinin Bakıda törətdiyi faciənin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu, doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağı bildirilib.

Qeyd olunub ki, o vaxt bu hadisələrə ümummilli lider Heydər Əliyev sərt münasibət bildirib, ölkəmizin haqq səsini ilk dəfə dünyaya çatdırıb. Məhz ümummilli liderin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilib.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti