...

"Eurovision" Azərbaycan QHT qərərgahının yaradılması təklif edilib

Cəmiyyət Materials 24 Yanvar 2012 14:43 (UTC +04:00)
"Eurovision" Azərbaycan QHT qərərgahının yaradılması təklif edilib.
"Eurovision" Azərbaycan QHT qərərgahının yaradılması təklif edilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

"Eurovision" Azərbaycan QHT qərərgahının yaradılması təklif edilib.

Trend-in məlumatına görə, bu təklif QHT Əməkdaşlıq Alyansının "Azərbaycan Eurovision 2012: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr" mövzusunda keçirdiyi "dəyirmi masa" zamanı Milli QHT Formunun rəhbəri Rauf Zeyni tərəfindən səsləndirilib.

"Eurovision" Azərbaycan QHT qərərgahında iştirak etmək istəyən bütün könüllülərini və resurslarını bu tədbirdə iştirak etməyə cəlb etmək istəyən bütün təşkilatlar nəzərə alınmalıdır", - Zeyni deyib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutlarının resurslarını bu prosesə cəlb etməkdə əsas məqsəd Azərbaycana gələcək on minlərlə qonaqda müsbət fikir formalaşdırmaqdır.

Tədbirdə həmçinin alyansın digər nümayəndələri və qonaqlar çıxış edərək vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələrdən danışıblar. Qeyd olunub ki, hər bir cəmiyyət üzvü bu tədbirin yüksək səviyyədə təşkil olunmasında öz dəstəyini verməlidir.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

"Eurovision 2012" mahnı müsabiqəsinin yarımfinalı bu il mayın 22 və 24-də, finalı isə mayın 26-da Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti