...

Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul etdi (FOTO) (VİDEO)

Cəmiyyət Materials 25 Yanvar 2012 20:19 (UTC +04:00)
Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul etd
Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul etdi (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir M.Əliyev/

Bakıda çərşənbə günü "Eurovision 2012"-nin rəmzi açarının təhvil verilməsi mərasimi keçirilib.

Trend-in məlumatına görə, "Buta Palace"da keçirilən tədbirdə açar təqdim etmə mərasimində "Eurovision 2011"-ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" mahnı müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edib. Bununla da Bakı "Eurovision 2012"-yə ev sahibliyini rəsmən qəbul edib.

"Eurovision 2012"-nin rəsmi şüarı: "Light your fire!". Şüarı təsvir edən loqoda "mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhsevərliyi təcəssüm etdirən Günəş, ay və ulduzlar təsvir olunub", deyə mahnı müsabiqəsinin işçi qrupunun press-relizində bildirilir.

"Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin bütün izləyicilərinə sülhü dəstəkləmək, insanlanları sevmək, yardımlaşmaq üçün onlara qəlblərindəki qığılcımı alovlandırmaq üçün onlara "Odlar Yurdu"ndan məhz bu şüarla səslənirik", press-relizdə deyilir.

Tədbirdə "Eurovision" müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, tədbirlər və kommunikasiya rəhbəri Sietse Bakker, eləcə də müsabiqəylə bağlı digər rəsmilər iştirak ediblər.

"Eurovision" mahnı müsabiqəsinin rəmzi açarının təqdim edilməsi Azərbaycanda İctimai Televiziya və Radio, "Eurovision" müsabiqəsinin rəsmi saytı eurovision.tv, eləcə də Avropa Yayımları Birliyinə üzv olan bir neçə ölkənin televiziya kanalı ilə canlı yayımlanıb.

Bununla yanaşı, bu mərasimi işıqlandırmaq üçün bir çox ölkələrin -Gürcüstan, Finlandiya, Almaniya, Serbiya, Malta, Moldova, Estoniya, Belarusun ictimai yayımçıları və "Euronews" kanalının reportyorları Azərbaycana gəliblər.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti