...

Azərbaycan yol polisi magistral yolların buz bağlaması barədə xəbərdarlıq yayıb

Cəmiyyət Materials 26 Yanvar 2012 10:16 (UTC +04:00)
Respublikanın rayonlarına gedən yollar buz bağlayıb.
Azərbaycan yol polisi magistral yolların buz bağlaması barədə xəbərdarlıq yayıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Respublikanın rayonlarına gedən yollar buz bağlayıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, şaxtalı-qarlı hava şəraiti ilə əlaqədar olaraq Quba, Qusar, Ağsu, İsmayıllı rayonları istiqamətinə yolların bəzi hissələrində buzlaşma olduğundan nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Şöbə rəisi bununla əlaqədar sürücülərə yollarda diqqətli olmağı, buzlu yollarda zəncirdən, mövsümi qış təkərlərindən və hər iki oxu aparıcı olan avtomobillərdən istifadəni tövsiyə edir.

Baş Dövlət Yol Polisi İdarəsi idarəetmə təcrübəsi olmayan sürücülərə şaxtalı, buzlu hava şəraitində yola çıxmamağı məsləhət görür.

Əliyev sürücülərə qarlı-şaxtalı havalarda şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunmasını tövsiyə edir.

Qeyd edək ki, sinoptiklər ayın sonunadək respublikada qarlı-şaxtalı hava şəraitinin davam edəcəyi, yolların buz bağlayacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti