...

Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənməsi halları artıb

Cəmiyyət Materials 26 Yanvar 2012 15:16 (UTC +04:00)
Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənməsi halları artıb.
Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənməsi halları artıb

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda insanların heyvanlar tərəfindən dişlənməsi halları artıb.

Bunu cümə axşamı Trend-ə Respublika Taun Əleyhinə Stansiyanın xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. Onun sözlərinə görə, 2011-ci ildə 14 min dişləmə baş verdiyi halda, 2010-cu ildə onların sayı 13 500 olub.

Ötən il baş verən heyvan dişləmələrinin 90 faizi it dişləməsi olub. Ümumi dişləmələrin 10 faizi digər heyvanlar - canavar, tülkü, siçovul və s. tərəfindən baş verir. Ölkə üzrə ən çox heyvan dişləmələri Gəncədə baş verir. Bu, daha çox Gəncə şəhərinin ərazisinin böyük və dişləmələrlə bağlı müraciət edənlərin sayının çox olması ilə izah edilir. Ölkə üzrə ən çox heyvan dişləmələrinin baş verdiyi ərazilərin siyahısına Mingəçevir, Şəmkir və şimal bölgəsindəki rayonlar da daxildir.

İsmayılova qeyd edilən ərazilərdə dişləmə hallarının çox baş verməsinin səbəblərini də açıqlayıb.

"Həmin ərazilərdə dişləmələrinin sayının çox olması ekoloji durğunluqla izah oluna bilər. Sərhəd ərazilərdə sahibsiz heyvanlar çox olur. Vəhşi heyvanlar həmişə insanların yaşadığı yerlərə üz tuturlar. Və nəticədə də burada insanları dişləyirlər. Buna görə də dişləmə halları artıb", - şöbə müdiri əlavə edib.

O deyib ki, ötən il ərzində 6 nəfərin quduzluğa yoluxma hadisəsi baş verib. Bu hadisələr Bakı, Şəki, Tərtər və Yevlaxda qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti