Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Trend-in məlumatına görə, memoranduma əsasən, korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq barədə razılıq əldə edilib. Memorandumda davamlı əlaqələr çərçivəsində vətəndaşlarda korrupsiyaya qarşı dözülməz münasibətin - vətəndaş mövqeyinin formalaşdırılması üçün antikorrupsiya biliklərinin yayılması, maarifləndirmə məqsədilə birgə layihələrin keçirilməsi və s. nəzərdə tutulub.
Memorandumu imzalayan şəbəkəyə 23 QHT daxildir. Sənəddə korrupsiya ilə mübarizə üzrə 13 istiqamət müəyyənləşib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi QHT-lərlə əməkdaşlıq memorandumu imzalayıb
Bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə korrupsiyaya qarşı mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.
