...

Dünyanın ilk gözəllik kraliçası ölüb

Cəmiyyət Materials 30 Yanvar 2012 15:29 (UTC +04:00)
1932-ci il iyulun 3-də Belçikada keçirilən ilk gözəllik müsabiqəsinin qalibi Keriman Halis Ece 99 yaşında vəfat edib.
Dünyanın ilk gözəllik kraliçası ölüb

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

1932-ci il iyulun 3-də Belçikada keçirilən ilk gözəllik müsabiqəsinin qalibi Keriman Halis Ece 99 yaşında vəfat edib. Bu barədə bazar ertəsi Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, 80 il əvvəl dünyanın ən gözəl qızı "Gözəllik kraliçası" adını daşıyıb, "Dünya gözəli" titulu xeyli sonralar düşünülüb.

"Biz ölkəmizi xaricdə uğurla təmsil edən və böyük türk islahatçısı, Türliyə Respublikasının ilk prezidenti Atatürk tərəfindən Ece soyadına layiq görülən Keriman Halis Ece Tameri daim hörmətlə yad edəcəyik", - Türkiyə Prezidenti Abdullah Gül deyib.

Gözəllik kraliçası uzun və xoşbəxt ömür sürüb. Onun üç övlad və 13 nəvədən ibarət böyük və mehriban ailəsi olub. Keriman həyatının son illərini yaxın və sevdiyi adamların əhatəsində keçirib. O, bu gün İstanbulda torpağa tapşırılacaq.

Xəbər lenti

Xəbər lenti