...

Azərbaycanda rayonlara gedən yollardakı məhdudiyyətlər aradan qalxıb

Cəmiyyət Materials 1 Fevral 2012 09:43 (UTC +04:00)
Azərbaycanda hava şəraitinin nisbətən mülayimləşməsi ilə respublikanın rayonlarına gedən bəzi yollardakı məhdudiyyətlər aradan qalxıb.
Azərbaycanda rayonlara gedən yollardakı məhdudiyyətlər aradan qalxıb

Azərbaycan, Bakı, 1 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda hava şəraitinin nisbətən mülayimləşməsi ilə respublikanın rayonlarına gedən bəzi yollardakı məhdudiyyətlər aradan qalxıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, magistral yollarda buzlar əriyib. Yalnız Ağsu aşırımının bəzi hissələrində buzlaşma var.

İdarədən bildirilib ki, ötən gün respublika ərazisində 14 yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Qəzaların 3-ü (1 ölüm, 3 xəsarət) Bakıda baş verib.

Ölümlə nəticələnən hadisələr piyadaların vurulması olub və Bakının Xətai royununda, eləcə də Hacıqabul və Abşeron rayonlarında qeydə alınıb.

Siyəzən və Lənkəran rayonlarında qeydə alınan yol qəzalarında isə 5 nəfər xəsarət alıb.

Qeyd edək ki, sinoptiklər sabahdan respublikada hava şəraitinin kəskin soyuyacağı, yolların buz bağlayacağı barədə məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti