...

Bakıda 25 nəfər sürüşmə nəticəsində travma alıb

Cəmiyyət Materials 5 Fevral 2012 12:46 (UTC +04:00)
Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 25 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb.
Bakıda 25 nəfər sürüşmə nəticəsində travma alıb

Azərbaycan, Bakı, 5 fevral / Trend müxbir E.Mehdiyev/

Dünən Bakıda yolların buzlu olması ilə əlaqədar 25 nəfər sürüşərək müxtəlif dərəcəli travma alıb. Bunu bazar günü Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov deyib.

O bildirib ki, sürüşən şəxslərin 18-i xəstəxanalara yerləşdirilib.

Onun sözlərinə görə, dünən donvurma ilə əlaqədar hər hansı bir müraciət qəbul olunmayıb.
Ümumilikdə keçən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1500 müraciət daxil olub. Müraciət edənlərin 170-i xəstəxanaya catdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda qarlı və şaxtalı hava şəraiti fevralın 6-da da davam edəcək.

Xəbər lenti

Xəbər lenti