...

Qarlı-şaxtalı hava şəraiti Yardımlıda və Lənkəranda problemlər yaradıb

Cəmiyyət Materials 8 Fevral 2012 13:06 (UTC +04:00)
Qarlı-şaxtalı hava şəraiti Yardımlıda və Lənkəranda problemlər yaradıb.
Qarlı-şaxtalı hava şəraiti Yardımlıda  və Lənkəranda problemlər yaradıb

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir K.Zərbalıyeva/

Qarlı-şaxtalı hava şəraiti Yardımlıda və Lənkəranda problemlər yaradıb.

Yardımlı rayon Fövqəladə Hallar Komissiyasından Trend-ə verilən məlumata görə, elektrik xətlərində buzlaşma səbəbindən qırılmalar olduğundan rayonun ucqar yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Bildirilib ki, rayonun enerji təsərrüfatı ötən əsrin 60-cı illərindən qaldığından qarlı-şaxtalı havalarda tez-tez problemlər yaranır.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün Şirvan regional elektik şəbəkəsinə müraciət olunub.

Lənkəran elektrik şəbəkəsindən Trend-ə bildirilib ki, hava şəraiti ilə əlaqədar rayonun 10-a yaxın kəndinin elektrik enerjisi kəsilib. Görülən tədbirlər nəticəsində 6 kəndə elektrik enerjisinin verilişi bərpa olunub, digərlərində isə bu istiqamətdə iş aparılır.

Lerik və Astarada isə qarlı və şaxtalı hava şəraiti ciddi problemlər yaratmayıb.

Qeyd edək ki, dünəndən Azərbaycan ərazisində havanın temperaturu kəskin düşüb. Bakıda çovğun başlayıb və havanın temperaturu səhər saatlarında mənfi 9-10 dərəcə olub.

Azərbaycanın əksər rayonlarında qarlı və şaxtalı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti fevralın 10-na kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti