Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir M.Əliyev/
Milli Məclisin İqtisadi siyasət komitəsi cümə günü keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə irəli sürülən namizədləri təsdiq edib.
Trend-in məlumatına görə, İdarə Heyətinə Quliyev Alim (birinci müavin), Babayev Aftandil (müavin), Xubanov Vadim (müavin) təsdiq olunub.
Çıxış edən millət vəkilləri Mərkəzi Bankın keçdiyi tarixi yoldan danışıblar, onun Azərbaycanın inkişafına verdiyi tövhələrdən söz açıblar.
İclasda komitə sədri Ziyad Səmədzadə bildirib ki, namizədliyi təklif olunan hər üç şəxsin ölkənin bank sistemində böyük xidmətləri var.
Parlament komitəsi Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədləri təsdiq edib
Milli Məclisin İqtisadi siyasət komitəsi cümə günü keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə irəli sürülən namizədləri təsdiq edib.
