...

Bakıda gənclərlə polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 11 Fevral 2012 16:24 (UTC +04:00)
Bakıda bir qrup gənclə polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.
Bakıda gənclərlə polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bakıda bir qrup gənclə polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb. Trend-in məlumatına görə, bu barəd şənbə günü Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər prokurorluğunun yaydığı birgə məlumatda deyilir.

2012-ci il fevralın 8-də saat 21:00 radələrində Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının bir neçə əməkdaşı xidmətdən kənar vaxt "İnşaatçılar" metrostansiyasının girişində bir qrup gəncin xuliqanlıq hərəkətləri ilə qarşılaşıb. Həmin gənclər, onların xuliqanlıq hərəkətlərinin qarşısını alan və intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərib, nəticədə asayiş keşikçilərindən bir neçəsi bədən xəsarətləri alıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanıb.

Fevralın 9-da cinayətin iştirakçılarından üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

İctimai qaydanı kobud şəkildə pozan və hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin digər iştirakçılarının müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti