...

Azərbaycanda istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması inzibati məsuliyyət yaradacaq

Cəmiyyət Materials 13 Fevral 2012 18:18 (UTC +04:00)
Azərbaycanda istehlakçının mal (xidmət, iş) haqqında məlumat almaq hüququnun pozulması inzibati məsuliyyət yaradacaq.
Azərbaycanda istehlakçının mal haqqında məlumat almaq hüququnun pozulması inzibati məsuliyyət yaradacaq

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda istehlakçının mal (xidmət, iş) haqqında məlumat almaq hüququnun pozulması inzibati məsuliyyət yaradacaq.

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə təklif olunub.

Yeni qanun layihəsində Məcəlləyə istehlakçının mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması adlı 231-1-ci maddə əlavə olunub.

Həmin maddədə qeyd olunur ki, satılan mal (iş, xidmət) barəsində qanunla müəyyən edilmiş zəruri məlumatın istehlakçıya verilməməsinə görə vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər dörd yüz manat miqdarında cərimə ediləcəklər.

Xəbər lenti

Xəbər lenti