...

Bakıda zorakılığın və cinayətin qurbanı olmuş uşaqlar üçün reablitasiya mərkəzi yaradılıb

Cəmiyyət Materials 16 Fevral 2012 14:28 (UTC +04:00)
Bakıda zorakılığın və cinayətin qurbanı olmuş uşaqlar üçün reablitasiya mərkəzi yaradılıb.
Bakıda zorakılığın və cinayətin qurbanı olmuş uşaqlar üçün reablitasiya mərkəzi yaradılıb

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda zorakılığın və cinayətin qurbanı olmuş uşaqlar üçün reablitasiya mərkəzi yaradılıb.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov Trend-ə bildirib ki, Mərkəzə 35-ə yaxın uşaq cəlb olunub.

Onun sözlərinə görə, həmin uşaqlar fiziki, cinsi, psixoloji zorakılığa məruz qalıblar.

Həmin uşaqlarla mütəmadi iş aparıldığını deyən Seyidovun sözlərinə görə, gələcəkdə Mərkəzə daha çox sayda uşağın cəlb olunması nəzərdə tutulub.

"Ehtiyac olarsa, uşaq öz qohumlarına qəyyumluğa verilə bilər, yaxud ailəsinə qaytarıla bilər, ya da alternativ qayğı xidmətlərinə yerləşdirilə bilər", - o deyib.

Mərkəz yanında sığınacaq da yaradılıb. Həmin sığınacaqda öz ailəsində qala bilməyən, ya da qalması məqsədəmüvafiq olmayan uşaqların müvəqqəti qalmasına şərait yaradılıb.

"Əgər uşaq ailəsində zorakılığa məruz qalıbsa, onun öz ailəsində qalması uşağın təhlükəsizliyini təmin etmirsə, müvəqqəti olaraq həmin mərkəzə yerləşdirilir", - Seyidov deyib.

Milli əlaqələndirici qeyd edib ki, uşağın mərkəzdə qaldığı müddətdə onun özü və ailəsi ilə ciddi iş aparılır.

Mərkəzdə uşaqlarla işləyən mütəxəssislər yerli və beynəlxalq ekspertlərin iştirakı ilə treninqlərə cəlb olunub, onlara zorakılıq və cinayət qurbanı olan uşaqlarla işləmək metodları öyrədilib.

Mərkəzə zorakılıq və cinayətin qurbanı olan uşaqların yerləşdirilməsi ilə bağlı onların özləri, valideynləri, müvafiq dövlət orqanları, polis müraciət edə bilər.

Mərkəz Təhsil Nazirliyinin, "Azərcell"in və İsveçrənin UAK Fondunuin dəstəyi ilə yaradılıb. Belə Mərkəzlərin gələcəkdə digər rayon və şəhərlərdə də yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti