...

Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləri açıqlanıb

Cəmiyyət Materials 21 Fevral 2012 12:17 (UTC +04:00)
Azərbaycanda Novruz bayramı münasibətilə 7 gün qeyri-iş günü olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləri açıqlanıb

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda Novruz bayramı münasibətilə 7 gün qeyri-iş günü olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda martın 20-dən 24-nə kimi (5 gün) qeyri-iş günü olacaq. Martın 24-nün şənbə gününə düşməsi ilə əlaqədar olaraq 26 mart tarixi də qeyri-iş günü elan edilib.

Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.

Xəbər lenti

Xəbər lenti