...

Bakı-2020 yeni reklam çarxını təqdim edib

Cəmiyyət Materials 23 Fevral 2012 14:48 (UTC +04:00)
Bu gün Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinə dair yeni reklam çarxı tədqim edilib.
Bakı-2020 yeni reklam çarxını təqdim edib

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir İ.İsabalayeva/

Bu gün Bakının 2020-ci il Olimpiya Oyunlarına namizədliyinə dair yeni reklam çarxı tədqim edilib.

Gənclər və İdman Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakı-2020 internet səhifəsində (www.baku2020.com) yerləşdirilən 7dəqiqəlik(http://www.baku2020.com/azerbaijan/videogallery/) yeni reklam çarxı Bakının Sifariş Kitabında əks olunan gələcək Olimpiya infrastrukturunun 4 sektorunu əyani nümayiş etdirir. Çarxda, həmçinin Bakının 2020-ci il Olimpiya Oyunlarına ev sahibi seçiləcəyi təqdirdə istifadə ediləcək möhtəşəm tikili və ərazilər də öz əksini tapıb.

Məşhur Hollivud rejissoru Rupert Vainrayt tərəfindən çəkilmiş reklam filmində Azərbaycan paytaxtında aparılan quruculuq işlərinin görüntüləri və kompüter qrafikası vasitəsilə canlandırılan Bakının 2020-ci ildəki mənzərəsi təqdim edilir.

Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva reklam çarxını yüksək qiymətləndirib. O deyib ki, 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyinə namizədliyimiz Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir. O, həmçinin yeni reklam çarxının paytaxtımızın gözəlliklərini hələ görməyənlərə Bakıya gəlmək üçün yeni stimul olacağına ümid etdiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti