...

Ermənistan "Metsamor"u idarə edən Rusiya şirkəti ilə müqaviləni vaxtından əvvəl dayandırdı

Cəmiyyət Materials 1 Mart 2012 16:37 (UTC +04:00)
Ermənistan hökuməti bu gündən "Metsamor" Atom Elektrik Stansiyasının idarə olunması ilə bağlı Rusiyanın "İnter RAO" şirkəti ilə bağladığı müqaviləyə xitam verib.
Ermənistan "Metsamor"u idarə edən Rusiya şirkəti ilə müqaviləni vaxtından əvvəl dayandırdı

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İsabalayeva/

Ermənistan hökuməti bu gündən "Metsamor" Atom Elektrik Stansiyasının idarə olunması ilə bağlı Rusiyanın "İnter RAO" şirkəti ilə bağladığı müqaviləyə xitam verib.

Trend-in cümə axşamı Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, "İnter RAO" şirkəti "Metsamor" AES-i 2003-cü ildən idarə edir. Sonuncu müqavilə 2013-cü ilin sentyabrınadək nəzərdə tutulmuşdu.

Hələ 2011-ci ilin noyabrında məlumat verilmişdi ki, Rusiya şirkəti etibarnamə ilə idarəetmənin şərlərindən narazı olduğu üçün Ermənistan tərəfdaşları ilə danışıqlara başlayıb. Bundan sonra isə Ermənistan tərəfi "İnter RAO"-nun AES-lə bağlı öz öhdəliyini yerinə yetirdiyini, buna görə də rusiyalı energetiklərlə müqavilənin dayandırıla biləcəyini bəyan etmişdi.

Ermənistan iddia edir ki, AES-i bütün gücü ilə idarə edə biləcək.

Xəbər lenti

Xəbər lenti