...

"Texnikabank" nağdsız ödənişlərin həyata keçirilməsi üçün yeni köşklər və POS-terminallar quraşdırıb

Cəmiyyət Materials 2 Mart 2012 11:13 (UTC +04:00)
"Texnikabank" nağdsız və kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün yeni köşklər və POS-terminallar quraşdırıb.
"Texnikabank" nağdsız ödənişlərin həyata keçirilməsi üçün yeni köşklər və POS-terminallar quraşdırıb

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir K.Zərbalıyeva/

"Texnikabank" nağdsız və kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün yeni köşklər və POS-terminallar quraşdırıb.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Texnikabank" yeni köşkləri Dövlət Yol Polisi xidmətində, notariat kantorlarında, eyni zamanda xidmət və ticarət sahələrində nağdsız və kartlar vasitəsilə ödənişlərin həyata keçirilməsi üçün quraşdırıb.

Cərimələrin nağdsız və yerində ödənişini həyata keçirmək məqsədi ilə bank tərəfindən Dövlət Yol Polisi xidməti 400 POS-terminalla təmin edilib və 36 köşk yerləşdirilib.

Eyni zamanda notariat kantorlarında 93 köşk, xidmət və ticarət sahələrində isə 2000 POS-terminal quraşdırılıb.

Nağdsız, elektron ödənişlərin inkişafı istiqamətində "Texnikabank" yeni layihələr hazırlayır və tezliklə digər sahələrdə də elektron ödənişlərin həyata keçirilməsi təmin ediləcək.

Dövlət Proqramına əsaslanan layihələrdə bankın əsas məqsədi geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsidir.

Xəbər lenti

Xəbər lenti