...

Bakı Ağ Şəhər ərazisində növbəti yeni binanın inşasına başlanıb

Cəmiyyət Materials 3 Mart 2012 10:41 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun müvafiq sərəncamına əsasən Bakı Ağ Şəhər ərazisində növbəti yaşayış kompleksinin inşasına başlanmışdır
Bakı Ağ Şəhər ərazisində növbəti yeni binanın inşasına başlanıb

Azərbaycan, Bakı, 3 mart /Trend/

Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbovun müvafiq sərəncamına əsasən Bakı Ağ Şəhər ərazisində növbəti yaşayış kompleksinin inşasına başlanmışdır.

Atkins şirkəti (İngiltərə) və yerli mütəxəssislər tərəfindən layihələndirilmiş bu bina 6 bloklu 7 mərtəbəli tikilidir.Binanın inşa olunacaq Yaşıl Ada rayonunda hal-hazırda ECOL (SOCAR) şirkəti tərəfindən çirklənmiş torpaqların təmizlənmə prosesi sona çatır.

Yeni binanın yerləşəcəyi Xəqani Rüstəmov küçəsində layihə işləri artıq bitmiş və həmin küçə gələcəkdə müasir 6 zolaqlı eni 45m olan, şəhərin iki əsas nəqliyyat magistralları - Nobel və Babək prospektlərini birləşdirən prospektə çevriləcəkdir.

Eyni zamanda, yerli və xarici sərmayəçilər tərəfindən bir neçə binanın tikilməsi məqsədilə hazırlıq işləri aparılır və bu sırada Nobel prospektində tikiləcək Bakı Ağ Şəhər Ofis Binasını misal gətirmək olar. Bakı Ağ Şəhərinin nişan binalarından biri olan bu tikili hələ layihələndirmə mərhələsində beynəlxalq memarlarıq aləmində geniş tanınmış və "Gələcəyin Ən Görkəmli Layihəsi " nominasiyasında dəfələrlə təqdim olunmuşdur.

2 ha ərazisində ucaldılacaq bu bina hal-hazırda Bakı Ağ Şəhər layihəsinin təməl daşının yerləşdiyi kiçik meydanda tikilir.Hündürlüyü 137 metr olan bu 12 mərtəbəli binanın ümumi sahəsi birqat yerüstü və yeraltı avtodayanacaqlarla birgə 27 min kv.m ofis ərazisindən ibarətdir.

Bundan başqa, binada alternativ enerjinin alınması üçün günə 144.1 kvt həcmində günəş batareyaların quraşdırılması nəzərdə tutulub.

Şübhəsiz ki, belə bir binanın inşası Azərbaycanın müasir memarlıqına öz tövhəsini verəcəkdir.

Bakı Ağ Şəhər layihəsi "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"ın təsdiq olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.com. saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti