...

Azərbaycanda sabah yağıntılı hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 8 Mart 2012 12:45 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində yağıntılı hava şəraiti hökm sürəcək.
Azərbaycanda sabah yağıntılı hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 8 mart /Trend/

Sabah Azərbaycan ərazisində yağıntılı hava şəraiti hökm sürəcək.

Bakıda və Abşeron yarımadasında sabah gün ərzində az yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Martın 9-dan 11-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli və iqlim normasından aşağı temperatur şəraiti əksər meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında sabah fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 11-16 dərəcə şaxta olacağı gözlənilir.
.

Xəbər lenti

Xəbər lenti