...

18 oktyabr Azərbaycanda yenidən istirahət günü elan oluna bilər

Cəmiyyət Materials 9 Mart 2012 15:59 (UTC +04:00)
18 oktyabr Azərbaycanda yenidən istirahət günü elan oluna bilər.
18 oktyabr Azərbaycanda yenidən istirahət günü elan oluna bilər

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

18 oktyabr Azərbaycanda yenidən istirahət günü elan oluna bilər.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.

Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən sazişin 4.21-ci maddəsində qeyd olunur ki, Müstəqillik Gününün (18 oktyabr) iş günü hesab edilməyən bayram günü kimi qeyd edilməsinə və bununla əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində dəyişiklik edilməsinə nail olunması nəzərdə tutulub.

18 oktyabr 1991-ci il tarixində "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.

Xəbər lenti

Xəbər lenti