...

Yunus Oğuz: "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanı Rusiya ictimaiyyəti üçün böyük önəm kəsb edəcək (VİDEO)

Cəmiyyət Materials 12 Mart 2012 18:54 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskva şəhərində bazar ertəsi tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanının rus dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Yunus Oğuz: "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanı Rusiya ictimaiyyəti üçün böyük önəm kəsb edəcək (VİDEO)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/

Rusiyanın paytaxtı Moskva şəhərində bazar ertəsi tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanının rus dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Romanın müəllifi Yunus Oğuz Trend-ə bildirib ki, Rusiyada Əmir Teymura olan maraq böyükdür. "Əmir Teymur dünyanın ən nəhəng imperiyasını quranlardan biri olub və o, ümumiyyətlə, bütün dünyanın maraq dairəsindədir. Xüsusilə də Rusiyanın. Belə olmasaydı, onun haqqında minlərlə kitab yazılmazdı", - Oğuz deyib.

Müəllif hesab edir ki, "Əmir Teymur - Zirvəyə doğru" tarixi romanı Rusiya ictimaiyyəti üçün böyük önəm kəsb edəcək. "Rus tarixi türk tarixindən aralı deyil, onlar hər zaman bir yerdə addımlayırlar, bir-biriləri ilə toqquşurlar. Türk tarixi rus tarixinin ən önəmli hissəsini təşkil edir", - Oğuz deyib.

Onun sözlərinə görə, kitab ilk növbədə türk və rus dillərinə tərcümə olunaraq nəşr olunub.

Təqdimat Moskvanın Milli Kitab Evində keçirilib.

Qeyd edək ki, tarixi romanda böyük cahangirin hakimiyyətə gəlməsi, igid türk qəbilələrini birləşdirməsi və Hindistana yürüşü əks olunur. Yazıçı Əmir Teymuru türk dünyasının birləşməsi, türk sərhədlərinin genişlənməsi üçün fəaliyyət göstərən bacarıqlı sərkərdə, təcrübəli diplomat və dövlət xadimi kimi xarakterizə edir.

Video Player
Xəbər lenti

Xəbər lenti