...

Bayılda düzgün tikilməyən istinad divarı uçub

Cəmiyyət Materials 15 Mart 2012 11:47 (UTC +04:00)
Bakının Səbail rayonu Əlibəyov qardaşları küçəsi, 10 saylı binanın qarşısında sürüşmə baş verməyib, həmin ərazidə tikilən istinad divarları uçub.
Bayılda düzgün tikilməyən istinad divarı uçub

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir İ.İsabalayeva/

Bakının Səbail rayonu Əlibəyov qardaşları küçəsi, 10 saylı binanın qarşısında sürüşmə baş verməyib, həmin ərazidə düzgün tikilməyən istinad divarları uçub. Bunu cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, bu ərazidə iki il əvvəl də belə vəziyyət yaranmışdı.

İstinad divarlarının uçmasının sürüşmə prosesi ilə heç bir əlaqəsinin olmadığını deyən baş mühəndis bildirib ki, hazırda ərazidə təmizləmə işləri aparılır.

Niftiyev bildirib ki, hadisə nəticəsində hər hansı evə zərər dəyməyib və belə ehtimal da yoxdur.

Baş mühəndis hazırda Bayılın sürüşmə massivində ərazinin stabil olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti