...

Azərbaycan təhsil naziri siniflərin komplektləşdirilməsi ilə bağlı təhsil şöbələrinə tapşırıq verib

Cəmiyyət Materials 15 Mart 2012 14:50 (UTC +04:00)
Azərbaycan təhsil naziri Misir Mərdanov Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə siniflərin komplektləşdirilməsi ilə bağlı tapşırıq verib.
Azərbaycan təhsil naziri siniflərin komplektləşdirilməsi ilə bağlı təhsil şöbələrinə tapşırıq verib

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan təhsil naziri Misir Mərdanov Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə siniflərin komplektləşdirilməsi ilə bağlı tapşırıq verib.

Trend-in məlumatıma görə, nazir Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nda dəyişikliklər edilməsi haqqında" 2012-ci il 19 yanvar tarixli 9 nömrəli qərarının elan edilməsi barədə imzaladığı yeni əmrdə Azərbaycan Respublikası təhsil nazirinin əmr verib.

Əmrdə göstərilir ki, nazirliyin birbaşa tabeliyindəki mərkəzləşdirilmiş xərclərdən maliyyələşən bütün tipdən olan ümumi təhsil məktəblərinin, gimnaziya və liseylərin rəhbərləri siniflərin komplektləşdirilməsini qərarın tələblərinə uyğun olaraq təmin etməlidirlər.

Nazirlər Kabinetinin imzaladığı yeni qərara görə, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda, siniflər bu dövlət standartlarının müvafiq olaraq müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.

Xəbər lenti

Xəbər lenti