...

Azərbaycanda uşaqlar üçün internet portalı yaradılır

Cəmiyyət Materials 20 Mart 2012 13:02 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə Uşaq İnternet Portalı yaradır.
Azərbaycanda uşaqlar üçün internet portalı yaradılır

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə Uşaq İnternet Portalı yaradır. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, portal adıçəkilən qurumların "Uşaq İnternet Portalının yaradılması" layihəsi çərçivəsində yaradılır. Portalın yaradılmasında məqsəd uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanları müasir elektron texnologiyalar vasitəsilə dünya ictimaiyyətinə tanıtmaqdır.

Layihənin icrası üçün Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar müəssisələr haqqında məlumatlar toplanılıb və həmin mərkəzə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti