...

Almaniyada Novruz bayramı münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Mart 2012 12:12 (UTC +04:00)
Almaniyada Novruz bayramı münasibətilə tədbir keçirilib.
Almaniyada Novruz bayramı münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 mart/Trend, müxbir E.Mehdiyev/

Almaniyada Novruz bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, mart 19-da səfirliyin təşkilatçılığı, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi, Berlin Atatürkçü Düşüncə Dərnəyi və Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzinin (KAD) dəstəyi ilə Almaniyadakı Azərbaycan diasporu üçün Berlində fəaliyyət göstərən "Türk Evi"ndə muğam ustaları - xalq artisti Səkinə İsmayılova və əməkdar artist Zakir Əliyevin ifasında konsert keçirilib.

Konsertin açılışında çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbir iştirakçılarını Novruz bayramının xüsusiyyətləri barədə məlumatlandırıb və onları bayram münasibəti ilə təbrik edib.

Rəngarəng muğam parçalarından ibarət olan konsert muğam musiqisi barədə tədbir iştirakçılarında geniş təəssürat oyadıb. Konsertdə Almaniyadakı Azərbaycan və türk diasporu, bu ölkədə akkreditə olunmuş səfirliklər, habelə Almaniya ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti