...

"Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatı keçirilib

Cəmiyyət Materials 28 Mart 2012 10:55 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə Prezidentinin sərəncamı ilə hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatını keçirib.
"Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə Prezidentinin sərəncamı ilə hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatını keçirib.

Trend-in məlumatına görə, bununla bağlı çərşənbə günü keçirilən tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, tələbə və məzunlar haqqında məlumatları bir sıra dövlət orqanları, o cümlədən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Maliyyə, Təhsil, Müdafiə nazirlikləri və digər qurumlar istifadə edəcəklər.

Abbaszadə bildirib ki, TQDK-nın ünvanına müxtəlif qurumlardan Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirak edib-etməmələri, tələbələr arasında olub-olmamaları barədə məlumatlar daxil olur.

"Ənənəvi qayda ilə işlədikdə bu, zaman itkisinə gətirib çıxarırdı. Yeni məlumat sistemi bu və buna bənzər digər problemləri aradan qaldıracaq. Bununla yanaşı, dövlət orqanları, məsələn, Təhsil Nazirliyi tələbələrin akademik müvəffəqiyyətləri haqqında məlumatların analizini aparmaqla təhsilin və təhsilverənlərin keyfiyyətini qiymətləndirə biləcək", - TQDK sədri əlavə edib.

O qeyd edib ki, bütün ali məktəblər bu sistemə qoşulub.

Xəbər lenti

Xəbər lenti