...

Sabah paytaxtda və yarımadada havanın hərarəti 20 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 30 Mart 2012 13:00 (UTC +04:00)
Sabah paytaxtda və yarımadada havanın hərarəti 20 dərəcəyədək isti olacaq.
Sabah paytaxtda və yarımadada havanın hərarəti 20 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir M.Əliyev/

Sabah paytaxtda və yarımadada havanın hərarəti 20 dərəcəyədək isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şərairti üstünlük təşkil edəcək. Arabir güclənən cənub-qərb, qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, havanın temperaturunun gecə 4-7 dərəcə isti, gündüz 17-20 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi, arabir güclənən qərb küləyinin üstünlik təşkil edəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Rayonlarda mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 3-7, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti