Azərbaycan, Bakı, 2 aprel / Trend /
Bakıda təmirlə əlaqədar Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən 28 May küçəsi ilə kəsişməyə qədər olan hissəsi bağlanıb.
Şahidlərin Trend-ə bildirdiyinə görə, bununla bağlı Yusif Səfərov küçəsində tıxac yaranıb.