...

Təhsil Nazirliyinin ştat işçilərinin sayı azaldılıb

Cəmiyyət Materials 6 Aprel 2012 10:53 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin ştat işçilərinin sayı azaldılıb.
Təhsil Nazirliyinin ştat işçilərinin sayı azaldılıb

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin ştat işçilərinin sayı azaldılıb.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyinin ştat sayı 262-dən 252-yə endirilib. Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ştat sayı 115-dən 105-ə qədər azaldılıb.

Bu qərar "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamına əsasən və Maliyyə Nazirliyinin təklifi əsasında qəbul edilib.

Xəbər lenti

Xəbər lenti