...

Mətbuat Şurası mitinqdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacaq

Cəmiyyət Materials 7 Aprel 2012 21:06 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası İctimai Palata adlanan qurumun keçiriləcək mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacaq.
Mətbuat Şurası mitinqdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacaq

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Azərbaycan Mətbuat Şurası İctimai Palata adlanan qurumun keçiriləcək mitinqində jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparacaq.

Şuradan Trend-ə verilən məlumata görə, monitorinqdə MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri iştirak edəcəklər. Qeyd edək ki, Daimi Komissiyanın tərkibinə Mətbuat Şurası ilə yanaşı Baş Prokurorluğun, Daxili İşlər və Ədliyyə Nazirliklərinin nümayəndələri daxildirlər.

Azərbaycan Mətbuat Şurası İctimai Palata adlanan qurumun sabah keçiriləcək mitinqini işıqlandıracaq jurnalistlərdən MŞ-nin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrində olmalarını xahiş edir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq paytaxtın 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin təlim meydanında baş tutacaq.

Xəbər lenti

Xəbər lenti