...

Azərbaycan rayonlarında insan alveri və zorakılığa qarşı aksiyalar keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2012 16:33 (UTC +04:00)
Azərbaycan rayonlarında insan alveri və zorakılığa qarşı aksiyalar keçirilib.
Azərbaycan rayonlarında insan alveri və zorakılığa qarşı aksiyalar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan rayonlarında insan alveri və zorakılığa qarşı aksiyalar keçirilib. Bu barədə cümə axşamı Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Saatlı və Hacıqabul rayonlarında "İnsan alveri və zorakılığa "Yox" deyək!" deviz altında keçirilən aksiyalarda hər rayon üzrə 400 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib. Gənclərə əlavə məlumat üçün maarifləndirici çap materialları da paylanılıb. Mədəni-kütləvi aksiyalarda estradamızın gənc müğənniləri insan alverinə qarşı şüarlar səsləndirib və gəncləri bu yolda diqqətli olmağa səsləyiblər.

Aksiyalar Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Аzərbаycаn Rеspublikаsının İnsаn alvеrinə qаrşı mübаrizə üzrə Milli Fəаliyyət Plаnı"na (2009-2013-cü illər) və Gənclər və İdman Nazirliyinin iş planına uyğun olaraq keçirilib.

Aksiyalar aprel ayı ərzində Salyan, Neftçala, Beyləqan və Ağcabədi rayonlarında davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti