...

Türkiyəli deputatlar Azərbaycan QHT-ləri ilə görüşüblər

Cəmiyyət Materials 15 Aprel 2012 11:57 (UTC +04:00)
Türkiyəli deputatlar Azərbaycan QHT-ləri ilə görüşüblər
Türkiyəli deputatlar Azərbaycan QHT-ləri ilə görüşüblər

Azərbaycan, Bakı, 15 aprel / Trend müxbir M.Əliyev/

"Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasya QHT Əməkdaşlıq Dərnəyinin rəhbəri İsmail Safi və Avrasya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən bir sıra görüşlər keçiriblər. Trend-in məlumatına görə, bu barədə bazar günü "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu"ndan bildirilib.

Türkiyə deputatları Azərbaycan Gəncliyə Yardım Fondunda həyata keçirdiyi tədbirlər, Azərbaycan və Türkiyə vətəndaş institutu təsisatlarının əməkdaşlığı sahəsində Fondun yeri və rolu barədə məlumatlandırılıblar. Daha sonra millət vəkili Qənirə Paşayeva və TBMM-nin üzvü Safi gənclər qarşısında çıxış ediblər.

Sonra Milli QHT Forumununda olan qonaqlar Forumun rəhbəri Rauf Zeynli ilə görüşüblər. Görüşdə onlara Forumun yaranma tarixi, həyata keçirdiyi layihələr, Foruma üzvlük və maraq doğuran digər məsələlər barədə məlumat verilib. QHT Forumu modelinin onlarda maraq doğurduğunu və modelin həm Avrasya QHT Əməkdaşlıq Platforması, həm də hər bir türkdilli qardaş ölkələr üçün bir model kimi öyrənilməsinin faydalı olacağını deyiblər.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) də olan Türkiyəli qonaqlar ATXƏM-in çalışmaları və planları barədə aldıqları informasiyalardan məmnun olduqlarını dilə gətirərək, belə qurumların həm iki qardaş ölkə QHT-lərinin işbirliyində, həm də ümumən Avrasya QHT Əməkdaşlıq Platformasında iştirakının ümumi işimizə xeyir verdiyini bildiriblər.

Görüşlərdə Azərbaycan və Türkiyə QHT-lərinin, bütövlükdə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının daha da inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran bir çox digər məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti