...

Azərbaycanda birinci səviyyəli domenlərin qeydiyyat və istifadə qaydaları hazırlanıb

Cəmiyyət Materials 16 Aprel 2012 18:42 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternetin inkişafı üzrə Koordinasiya Şurası Azərbaycanın bir sıra internet-servis-provayderinin nümayəndələri ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir
Azərbaycanda birinci səviyyəli domenlərin qeydiyyat və istifadə qaydaları hazırlanıb

Azərbaycan, Bakı, 16 aprel/Trend, müxbir H. Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternetin inkişafı üzrə Koordinasiya Şurası Azərbaycanın bir sıra internet-servis-provayderinin nümayəndələri ilə görüş keçirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.

"Görüş çərçivəsində "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq, göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələləri, İnternetdə domenlərin bölüşdürülməsi üzrə təşkilatın (ICANN - Internet Corporation for Assigned Names and Numbers) sonuncu iclası çərçivəsində qəbul edilən qərar, Bakıda internetin idarə edilməsi problemlərinin müzakirəsi üzrə beynəlxalq forumun (IGF-Internet Governance Forum) təşkilati məsələləri müzakirə edilib" , - məlumatda deyilir.

Həmçinin şuranın hazırladığı birinci səviyyəli domenlərin qeydiyyatı və istifadəsi qaydaları layihələri üzrə müzakirələr aparılıb.

Görüşün yekunu olaraq müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti