...

Səhiyyə Nazirliyi hisə verilmiş balıq məhsulları ilə bağlı yoxlamalar aparacaq

Cəmiyyət Materials 18 Aprel 2012 11:19 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan hisə verilmiş müxtəlif növ balıq məhsullarının təhlükəsizlik göstəricilərini yoxlayacaq.
Səhiyyə Nazirliyi hisə verilmiş balıq məhsulları ilə bağlı yoxlamalar aparacaq

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan hisə verilmiş müxtəlif növ balıq məhsullarının təhlükəsizlik göstəricilərini yoxlayacaq. Bunu çərşənbə günü Trend-ə RGEM-in Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yoxlamalara aprelin sonundan başlamaq nəzərdə tutulur. Yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılacaq.

Abdullayev deyib ki, ticarət şəbəkələrində satılan toyuq əti və yumurtanın təhlükəsizlik göstəriciləri ilə bağlı yoxlamaların aparılması artıq yekunlaşıb. Yoxlama zamanı heç bir mənfi hal aşkarlanmayıb.

Xəbər lenti

Xəbər lenti