Azərbaycan, Bakı, 19 aprel /Trend/
Ermənistandakı hərbi hissələrdən birinin döyüş postunda bədənində güllə yaraları olan həqiqi hərbi xidmət hərbi qulluqçusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyinə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Daha bir hərbi qulluqçu odlu silahdan xəsarət alıb. O, artıq əməliyyat olunub və həyatı təhlükədə deyil", - məlumatda deyilir.
Faktla bağlı Ermənistan Müdafiə Nazirliyinin İstintaq İdarəsi tərəfindən CM-nin 104-cü maddəsinin 1-ci maddəsi ilə (qətl) cinayət işi başlanıb. İstintaq aparılır.