...

Azərbaycanda həftə sonu üçün hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 20 Aprel 2012 12:28 (UTC +04:00)
Yaxın 2 gündə Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Azərbaycanda həftə sonu üçün hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2 gündə Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, ayrı-ayrı yerlərdə duman olacaq. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında aprelin 21-də havanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti